İranda koronavirusdan ölənlərin sayı 122 mini ötüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 233 nəfər koronavirusdan (COVID-19) ölüb, 11 625 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 122 012 nəfərə, yoluxanların sayı isə 5 674 083 nəfərə çatıb. Virus daşıyıcılarından 5 549 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 169 999 nəfər koronavirusdan sağalıb, 32,9 milyondan çox diaqnoz testi həyata keçirilib.


Ümumilikdə, İranda təxminən 61,4 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 43,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 17,9 milyon təşkil edir.

Twitter:@BaghishovElnur