Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 408 nəfər koronavirusdan (COVID-19) ölüb, 22 329 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 115 167 nəfərə,
yoluxanların sayı isə 5 340 656 nəfərə çatıb. Virus daşıyıcılarından 7 123 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 4 627 027 nəfər koronavirusdan sağalıb, 30,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 37,8 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 25 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 12,8 milyon təşkil edir.
Koronavirusa yoluxma üzrə 168 rayon qırmızı, 209 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 71 rayon sarı zona hesab olunur.
Twitter:@BaghishovElnur