Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 515 nəfər koronavirusdan (COVID-19) ölüb, 20 404 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 110 064 nəfərə,
yoluxanların sayı isə 5 103 537 nəfərə çatıb. Virus daşıyıcılarından 7 744 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 4 332 892 nəfər koronavirusdan sağalıb, 29,3 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 28,8 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 19,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 9,5 milyon təşkil edir.
Koronavirusa yoluxma üzrə 246 rayon qırmızı, 144 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 58 rayon sarı zona hesab olunur.
Twitter:@BaghishovElnur