Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 200 nəfər koronavirusdan (COVID-19) ölüb. Bu rəqəm mayın 20-də 229, mayın 19-da isə 233 nəfər olub.
AzerTimes-ın məlumatına görə, ümumilikdə İranda bu virusdan ölənlərin sayı 78 194 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 11 250 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 815 882 nəfərə çatıb. Virus daşıyıcılarından 5 015 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 2 304 824 nəfər koronavirusdan sağalıb, 18,6 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə İranda təxminən 2,87 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2,42 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 445 min təşkil edir.