İranda koronavirusdan daha 95 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində koronavirusa (COVID-19) 4 813 nəfər yoluxub, 95 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusa yoluxanların sayı 6 092 822 nəfərə, ölənlərin sayı isə 129 280 nəfərə çatıb. Virus daşıyıcılarından 3 375 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 5 819 025 nəfər koronavirusdan sağalıb, 38,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 103 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 57 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 864 min təşkil edir.