Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 2 743 nəfər koronavirusa (COVID-19)
yoluxub, 46 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 140 109 nəfərə,
yoluxanların sayı isə 7 156 746 nəfərə çatıb. Virus
daşıyıcılarından 1 477 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 863 298 nəfər koronavirusdan sağalıb, 49,2
milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 147 milyon vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,8 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 56,8 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 26,1 milyon təşkil
edir.