Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 10 250 nəfər koronavirusa (COVID 19) yoluxub.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.
S.Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 1 875 234 nəfərə çatıb. Virus daşıyıcılarından 3 953 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 91 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 62 569 nəfərə yüksəlib.
Ölkədə indiyədək 1 608 807 nəfər koronavirusdan sağalıb. 12,7 milyondan çox diaqnoz testi həyata keçirilib.
Koronavirusa yoluxma üzrə 25 rayon qırmızı və 56 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara və bu rayonlardan digər rayonlara səfər etmək qadağandır. Həmçinin 277 rayon sari, 90 rayon isə mavi zona hesab olunur.