Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 15 340 nəfər koronavirusa (COVID-19)
yoluxub, 227 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 135 726 nəfərə,
yoluxanların sayı isə 6 998 975 nəfərə çatıb. Virus
daşıyıcılarından 3 984 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 561 376 nəfər koronavirusdan sağalıb, 46,8
milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 141 milyon vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 62,6 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 55,3 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 22,6 milyon təşkil
edir.