İranda koronavirusa yoluxanların sayı 6 milyon nəfəri keçib

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 112 nəfər koronavirusdan (COVID-19) ölüb, 8 305 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 127 551 nəfərə, yoluxanların sayı isə 6 004 460 nəfərə çatıb. Virus daşıyıcılarından 3 640 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Ölkədə indiyədək 5 629 596 nəfər koronavirusdan sağalıb, 36,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 95,8 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 55,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 268 min təşkil edir.