İranda koronavirusa yoluxanların sayı 3,2 milyonu keçib

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 137 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 84 264 nəfərə yüksəlib.

Ötən sutka ərzində 11 748 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 204 557 nəfərə çatıb. Virus daşıyıcılarından 3 183 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 876 828 nəfər koronavirusdan sağalıb, 23,6 milyondan çox diaqnoz testi həyata keçirilib.


Ümumilikdə İranda 6,03 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,43 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1,59 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 63 rayon qırmızı və 184 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 201 rayon sarı zona hesab olunur.