Xəbər - Elnur Bağışov – Trend:
İranda koronavirusa yoluxanların sayı 3 003 112 nəfərə çatıb. Virus daşıyıcılarından 3 549 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Ötən 24 saat ərzində 12 398 nəfər koronavirusa yoluxub, 153 nəfər ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 81 672 nəfərə yüksəlib.
İranda indiyədək 2 612 091 nəfər koronavirusdan sağalıb, 21,1 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə İranda təxminən 5,03 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,29 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 742 min təşkil edir.