Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 17 080 nəfər koronavirusa (COVID-19) yoluxub.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusa yoluxanların sayı 2 516 157 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 421 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda ötən 24 saat ərzində 332 nəfər koronavirusdan ölüb. Beləliklə ölkədə bu virusdan ölənlərin sayı 72 090 nəfərə çatıb.
İranda indiyədək 1 971 064 nəfər koronavirusdan sağalıb, 15,9 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə İranda 1,1 min vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 889 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 211 min təşkil edir.
Koronavirusa yoluxma üzrə 198 rayon qırmızı və 157 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 74 rayon sarı, 9 rayon isə mavi zona hesab olunur.