Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 8 554 nəfər koronavirusa (COVID-19) yoluxub.
AzerTimes-ın məlumata görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 706 559 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 811 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 81 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 60 867 nəfərə çatıb.
Ölkədə indiyədək 1 456 759 nəfər koronavirusdan sağalıb, 11,4 milyondan çox diaqnoz testi həyata keçirilib.