İranda koronavirusa qarşı daha bir yerli peyvənd təqdim olunub

İranda Bağıatollah Tibb Elmləri Universiteti tərəfindən yaradılan koronavirusa qarşı “Nura” adlı yerli peyvənd təqdim olunub.

AzerTimes-ın məlumatına görə, təqdimatda Səhiyyə naziri Səid Namaki və İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı general Hüseyn Salami iştirak edib.

Bağıatollah Xəstəxanası və İmam Hüseyn Universitetinin Araşdırma Mərkəzi mütəxəssisləri tərəfindən yaradılan “Nura” peyvəndinin kliniki sınaqları bu gün başlayıb.


Qeyd edək ki, ölkədə “Nura” peyvəndindən başqa “Kov Iran Barakat”, “Fahra” və “Pasto Kovak” kimi yerli peyvəndlər də istehsal olunur.