Xəbər - Elnur Bağışov – Trend:
İranda koronavirus əleyhinə vaksinasiya başlanılıb.
AzerTimes-ın məlumatına görə, Rusiya istehsalı olan Sputnik V vaksini ilk olaraq İranın səhiyyə nazirinin oğlu Parsa Nəməkiyə vurulub.
Vaksinasiya canlı şəkildə yayımlanıb və İran prezidenti Həsən Ruhani də bununla bağlı keçirilən tədbirə onlayn şəkildə qatılıb.
Qeyd edək ki, İran Rusiyaya 2 milyon doza “Sputnik V” vaksini sifariş verib. Bu vaksinin 500 min dozalıq partiyası fevralın 5-də İrana gətirilib. İlk mərhələdə tibb işçiləri, yaşlılar və xroniki xəstəlikləri olan şəxslərə vaksinin vurulması nəzərdə tutulub. Bu proses 2 ay ərzində başa çatdırılacaq.
İranda fevralın 8-ədək 1 473 756 nəfər koronavirusa yoluxub, bu virus nəticəsində 58 536 nəfər ölüb, 1 260 045 nəfər sağalıb.