İranda kəşfiyyat polisinin rəisi öldürüldü

İranda kəşfiyyat polisinin rəisi öldürüldü

İranın Cavanrud şəhərinin kəşfiyyat polisinin rəisi fevralın 4-də ölüb.

AzerTimes xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.

“Polis polkovniki Şəhram Heydəri qaçaqmalçıların avtomobilini təqib edən Cavanrud şəhərinin polis əməkdaşları ilə birlikdə olub və yaralanıb. Qaçaqmalçılarla atışma zamanı ağır yaralanan polkovnik Şəhram Heydəri 45 gündən sonra Kirmanşahdakı xəstəxanada vəfat edib”, – məlumatda qeyd olunub.

Teqlər: