İranda jurnalistə 18 il həbs cəzası verildi

İranda jurnalistə 18 il həbs cəzası verildi

İranın Mazandaran əyalətinin mərkəzi Sari şəhərinin İnqilab Məhkəməsi idman jurnalisti və satiraçı Ehsan Pirbornaş barəsində 18 il həbs qərarı çıxarıb.

AzerTimes xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Behnaz Mir Mütəhhərniya məlumat yayıb.

28 oktyabr tarixində Mazandaranda həbs olunan jurnalist etirazlara dəstək, İran rejimi əleyhinə təbliğat aparmaq və beynəlxalq təhlükəsizliyi pozmaqda ittiham olunub.

Cavidan Elbars

Teqlər: