Martın 8-i gecə saatlarından başlayaraq İranın bir çox bölgələrində internetə giriş çətinləşib.
AzerTimes xəbər verir ki, bu barədə Təbrizin “Azərəncümən” xəbər saytı məlumat yayıb.
Məlumatda martın 9-u səhər saatlarında problemin nisbi həll olunduğu, ancaq məhdiyyətin tam aradan qaldırılmadığı bildirilib.
İnternetin kəsilməsinin səbəbləri barədə rəsmi açıqlama verilməyib.