Dünən Aşura münasibətilə Tehranda İran tarixində ilk olan xüsusi əzadarlıq mərasimi keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə yerli sosial media kanallarında video və məlumat yayılıb.
Mərasimə qatılan hicabsız və açıq geyimli qızlar və qadınlar zəncir vurub, əzadarlıq ediblər.
Bu, məcburi hicab qaydalarını qəbul etməyən qızların hakimiyyətin geyim tərzinə müdaxiləsinə etirazın yeni növüdür.