Ötən gün İranın Astara limanından çıxdıqdan sonra saya oturan Azərbaycan gəmisi bu gün sayadan çıxarılıb və az öncə Bakının Hövsan limanı istiqamətində yola düşüb.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, bunu İranın Astara limanı idarəsinin müdiri Rza Neməti deyib.
Onun sözlərinə görə, 2,5 min tonluq gəminin yükü neft-kimya maddələri olub.
Liman rəsmisi bildirib ki, ötən sutka ərzində gəminin sayadan çıxarılmasına iki gəmi cəlb edilib.
Gəminin saya oturmasının səbəbi hava şəraitinin qeyri-münasibliyi olub.