İranda iki SEPAH zabiti öldürüldü

İranda iki SEPAH zabiti öldürüldü

İranda etirazlar zamanı SEPAH-ın iki zabiti – mayor Əmir Kəməndi Tehranda, SEPAH-ın təhlükəsizlik və kəşfiyyat idarəsinin kapitanı Əli Nəzəri isə Həmədan əyalətinin Məlayer şəhərində ölüb.

AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Hər iki zabitin etirazçılar tərəfindən qətlə yetirildiyi iddia edilir.

Həmədan əyaləti valisinin siyasi, ictimai və təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Farsi Əli Nəzərinin qətlində şübhəli bilinən 8 nəfərin həbs edildiyini, zabitə atəş açan şəxsin isə qaçdığını və onun saxlanılması üçün axtarış aparıldığını deyib.

Teqlər: