İranın Xuzistan əyalətində tənqidçi Şakir Buri, Qorqan şəhərində isə şair-yazıçı Həbib Musəvi həbs ediliblər.
AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Saxlanılanların hər ikisi hökuməti tənqid etdiklərinə və sosial mediadakı paylaşımlarına görə həbs olunub.
Sənətçilər SEPAH-ın təhlükəsizlik və kəşfiyyat bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Həbs zamanı onların evində axtarış aparılıb və şəxsi əşyaları müsadirə olunub.