İran prezidenti Həsən Ruhani yeni kabinetdə iki qadını vitse-prezident, bir qadını isə prezidentin insan hüquqları üzrə prezidentin köməkçisi vəzifəsinə təyin edib.
İran prezidenti bununla əlaqədar sərəncam imzalayıb.
Sərəncama əsasən, Məsuma Ebtekar prezidentin qadın və ailə məsələləri üzrə vitse-prezident, Laya Jonidi prezidentin hüquqi işlər üzrə vitse-prezident, Şehinduht Mollaverdi isə vətəndaşların hüquqları üzrə prezidentin köməkçisi vəzifəsinə təyin edilib.
Üç vəzifədən ikisi Ruhaninin birinci prezidentliyi dönəmində də qadınlar tərəfindən idarə edilirdi. Mollaverdi qadın və ailə məsələləri üzrə vitse-prezident, Aminzadə isə Ruhaninin insan hüquqları üzrə köməkçisi idi.
Məsumə Ebtekar 2013-cü ildən bəri Ətraf mühitin mühafizəsi təşkilatının rəhbəridir.
Prezidentin üç qadını müxtəlif vəzifələrə təyin etməsi onun formalaşdırdığı yeni kabineti parlamentə təqdim etməsindən sonra baş verib. Ötən gün parlamentə təqdim edilən kabinetdə qadınlar yer almamışdı.