İranda iki etirazçı məhbus komaya düşdü

İranda iki etirazçı məhbus komaya düşdü

Etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs edilən Həsən Firuzi və Məhəmməd İxtiyarian adlı iki gənc işgəncə nəticəsində komaya düşüb.

AzerTimes xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat verib.

Məhbuslardan birinin komaya düşməzdən öncə yayılan səs yazısında artıq dözə bilmədiyi, işgəncələrdən qurtulmaq üçün edam edilməyi arzuladığı deyilir.

Təşkilat hər iki etirazçının həyatının təhlükədə olduğunu bildirib.

Teqlər: