İranın Təbriz, Savə və Bəndər Abbas şəhərlərinin həbsxanalarında 5 məhkum edam edilib.
AzerTimes xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Təşkilat edam edilən şəxslərin adam öldürmək və zorakılıqda günahlandırıldığını bildirib.
Təbrizdə edam edilən azərbaycanlının Vəhid Yusifi, Savədə edam edilənin isə Möhsün Səmədi olduğu qeyd olunub.