Yəmənin İrana bağlı üsyançı silahlı qruplaşması husilər Gilan əyalətinin Rəşt şəhərinin yaxınlığındakı Xamenei adına Dəniz Elmləri və Texnologiyaları Universitetində təlim keçiblər.
AzerTimes xəbər verir ki, bu barədə “Teleqraf” qəzeti İrandakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, SEPAH-ın nəzarətində olan mərkəzdə Yəmən husiləri 2022-ci ildə 6 aylıq hərbi təlim keçiblər.
Bir mərhələdə 200 üsyançının iştirak etdiyi təlimlərdə məlumat sızmaması üçün husilərin təcrid olunduqları bildirilib.
Bununla yanaşı, Hörmüzqan əyalətinin Farur adasında da SEPAH-ın husi üsyançıları və başqa ölkələrdən olan silahlılara təlim keçdiyi qeyd edilib.