İranda hücum davam edir: SEPAH qərargahı partladıldı

İranda hücum davam edir: SEPAH qərargahı partladıldı

“Ceyş əl-Ədl” silahlı təşkilatının hücumu zamanı Sistan və Bəlucistan əyalətinin Rask şəhərində SEPAH-ın qərargahı və silah-sursat anbarı partladılıb.

AzerTimes xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Yayılan videoda səhər saatlarında SEPAH qərargahında güclü partlayışın baş verdiyi əks olunub.

Qərargahın silahlılar tərəfindən ələ keçirildiyi və hökumət qüvvələrinin müqavimət göstərə bilmədiyi iddia olunub.

Bildirilib ki, yerli qüvvələr silahlılar qarşısında aciz qaldığı üçün başqa bölgələrdən hadisə yerinə əlavə qüvvələr gətirilir.

Teqlər: