İranda hicabsız qadınlara qarşı mübarizə başladı

İranda hicabsız qadınlara qarşı mübarizə başladı

Bu gündən etibarən İranın bütün vilayətlərində hicab qaydalarından imtina edən şəxslərlə qanun çərçivəsində ölçü götürülməsi istiqamətində avtomobil və polis patrulları işə başlayıb.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, bunu İranın Hüquq-Mühafizə Orqanları Komandanlığının sözçüsü Səid Montəzer Əl-Məhdi deyib.

Onun sözlərinə görə, avtomobil və polis patrulları hicab qaydalarına riayət etməyən şəxslərə ciddi şəkildə xəbərdarlıq edəcək və diqqət yetirilmədikdə, qanunun yerinə yetirilməsi istiqamətində ədliyyə qurumuna təhvil veriləcək.

Qeyd edək ki, İranın cinayət məcəlləsinə əsasən ictimai məkanlarda hicabsız şəkildə olan qadınlar 10 gün -2 ay müddətinə həbs və yaxud 50-500 min rial (təxminən 1,2-12 dollar) cərimə olunacaq.

Əlavə edək ki, ötən il sentyabr ayında iranlı qız Məhsa Əmininin hicabına riayət etməməsi səbəbi ilə polis şöbəsinə aparılması və polis şöbəsində naməlum şəkildə ölməsi ciddi etirazlara səbəb oldu. Həmin etiraz aksiyalarından sonra İranda hicaba etinasızlıq geniş şəkildə yayılıb. İran vətəndaşları artıq hicaba və onunla bağlı qadağalara etina etməməyə üstünlük verirlər.

Teqlər: