Tehran, Rəşt, Babolsər və Məşhəd şəhərlərində 10 restoran, kafe və kitabxanalar məcburi hicab qaydalarını pozanlara xidmət göstərdiyi üçün bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə adıçəkilən şəhərlərin polis idarələrinin ictimai məkanlara nəzarət bölmələri məlumat yayıb.
Qeyd edək ki, son bir neçə ay ərzində İranda məcburi hicab qaydalarına riayət edilməyən 3 mindən çox iş yerinin fəaliyyəti dayandırılıb.