İranda hicab könüllü olacaq?

İranda hicab könüllü olacaq?

Hicabın istəyə bağlı olub-olmaması ilə bağlı məsələ gündəmə gəlib.

AzerTimes xəbər verir ki, İranın baş prokroru Məhəmməd Cəfər Müntəzirinin sözlərinə görə, Parlament və İslam İnqilabı Ali Şurası hicab məsələsi üzərində işləyir və bunun nəticəsi yaxın 15 gün ərzində bəlli olacaq.

Baş prokuror dekabrın 1-də Qumdakı çıxışında hicabla bağlı qərarların verilməsinin plan əsasında baş tutmalı olduğunu vurğulayıb.

Həmçinin o, ədliyyə sisteminin “sosial təhlükəsizlik polisi”ni bağlamaq fikrində olmadığını, lakin son hadisələrdən sonra təhlükəsizlik və mədəniyyət sistemləri probleminin ehtiyatlı həllini axtardıqlarını bildirib.

Qeyd edək ki, hakerlər tərəfindən “Fars” xəbər agentliyindən sızdırılmış məlumatlarda Daxili İşlər Nazirliyinin sorğusuna əsasən, insanların 51%-nin hicabın istəyə bağlı olması lazım olduğuna inandığı ortaya çıxıb.

Teqlər: