İranda həbsxanada üsyan baş verdi

İranda həbsxanada üsyan baş verdi

Mazandaranın Qaimşəhr həbsxanasında eyni kameradakı məhbuslar arasında başlayan münaqişə üsyana çevrilib.

AzerTimes xəbər verir ki, bu barədə Mazandaranın baş hakimi Məhəmməd Sadiq Əkbəri məlumat verib.

O, həbsxanada baş verən və təhlükəsizlik qüvvələri tərəfindən yatırılan hadisəni “münaqişə və qıcolma” adlandırıb.

Əkbəri münaqişədə ölən və yaralananların sayı barədə məlumat verməyib. Sosial media istifadəçiləri çoxsayda yanğınsöndürən, təcili yardım maşınları və uniformalı qüvvələrin həbsxananın qarşısına yerləşdirildiyini bildirib.

Qeyd edək ki, İranın müxtəlif şəhərlərindəki həbsxanalarda çoxlu sayda məhbus etiraz aksiyaları keçirir. Məlumatlara görə, keçmiş hadisələrdə, o cümlədən Evin həbsxanasındakı yanğın nəticəsində yaralananların çoxunun əsas tibb müəssisələrinə girişi qadağan edilib və onların vəziyyəti ağırdır.

Teqlər: