Dekabrın 17-i axşam saatlarında Kərəc şəhərindəki həbsxanada məhbuslarla nəzarətçilər arasında qarşıdurma baş verib.
AzerTimes xəbər verir ki, həbsxanaya xüsusi təyinatlı qüvvələr yeridilib.
Qarşıdurma nəticəsində bir məhbus öldürülüb, 100-ə yaxın məhbus yaralanıb.
İran İnsan haqları Təşkilatının verdiyi məlumata görə, qarşıdurmaya həbsxanada saxlanılan edam cəzasına məhkum edilmiş məhbusların hökmün icrasının sürətləndirilməsinə qarşı etirazları səbəb olub.