Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 155 nəfər koronavirusdan (COVID-19) ölüb. Bununla da ölkədə virusdan ölənlərin sayı 64 039 nəfərə yüksəlib.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, İranda ötən 24 saat ərzində 22 478 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 2 029 412 nəfərə çatıb. Virus daşıyıcılarından 4 278 nəfərin vəziyyəti ağırdır.
S.Sadat Lari qeyd edib ki, İranda 1 693 005 nəfər koronavirusdan sağalıb.
Ölkədə indiyədək 13,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranda koronavirusa yoluxma üzrə 257 rayon qırmızı və 129 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Həmçinin 51 rayon sarı, 11 rayon isə mavi zona hesab olunur.