İranda güclü zəlzələ: Naxçıvanda da hiss edildi

İranda güclü zəlzələ: Naxçıvanda da hiss edildi

Yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə AzerTimes-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss edilib.

Teqlər: