İyulun 12-də İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində güclü qum fırtınası baş verib.
AzerTimes İRNA-ya istinadən xəbər verir ki, bu barədə regionun böhran qərargahının rəhbəri Məcid Möhəbbi məlumat verib.
“İyulun 12-dən indiyədək Zabol, Zahak, Xamun, Xirmənd və Nimruz bölgələrində 565 nəfər tibb müəssisələrinə müraciət edib, onlardan 46-sı xəstəxanaya yerləşdirilib”, – Möhəbbi qeyd edib.