İranın SEPAH-a bağlı “Fars” xəbər agentliyi iranlı gənclərin Qəzzaya göndərilməsi üçün kampaniya başladıb.
AzerTimes xəbər verir ki, bu barədə agentliyin elanında qeyd olunub.
Bildirilib ki, çağırış başlayandan qısa müddət sonra 3600 gənc İsrailə qarşı döyüşmək üçün müraciət edib.
“Dövlət rəsmilərindən yer üzündəki şeytanlara qarşı döyüşmək üçün gənc könüllülərin göndərilməsinə razılıq vermələrini xahiş edirik”, – hökumətə ünvanlanan müraciətdə qeyd edilib.