İranda gənc etirazçının ölüm hökmü təxirə salındı

İranda gənc etirazçının ölüm hökmü təxirə salındı

İranda etiraz aksiyaları zamanı edam cəzasına məhkum edilən 23 yaşlı Mahan Sədrətin cəzası təxirə salınıb.

AzerTimes xəbər verir ki, İranda keçirilən nümayişlərlə bağlı “ictimai təhlükəsizliyə qarşı cinayət törətmək niyyəti ilə hərəkət etmək” ittihamı ilə edam cəzasına məhkum edilən 23 yaşlı Mahan Sədrətin cəzasının təxirə salındığı bildirilib.

Bildirilib ki, Sədrətin ailəsinin səyləri və ictimai təzyiqlər nəticə verib və məhkəmə orqanları ölüm hökmünü təxirə salıb.

Mövzu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Teqlər: