İranda əxlaq polisi ləğv edilib.
AzerTimes xəbər verir ki, bu barədə İranın Baş Prokurorluğu məlumat yayıb.
“İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri elan edib ki, əxlaq polisi səlahiyyətli orqanlar tərəfindən ləğv edilib”, – məlumatda qeyd olunub.
Müntəziri bildirib ki, bu qurumun məhkəmə sistemi ilə heç bir əlaqəsi yox idi.