İranda ətraf mühit fəalları həbs edildi

İranda ətraf mühit fəalları həbs edildi

İyulun 24-də İranın Kamyaran şəhərində təhlükəsizlik məmurları 10 ətraf mühit fəalını həbs edib.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, həmin fəallar İsmayıl Kərimi adlı ekofəalın dəfn mərasimi zamanı saxlanılıblar.

Məlumata görə, təhlükəsizlik məmurları dəfn mərasiminə hücum edib, mərasim iştirakçılarını döyüb, mobil telefonlarını əllərindən alıblar.

Təhlükəsizlik təcridxanasına aparılan 10 ekofəalın yalnız 6-nın kimliyi müəyyənləşdirilə bilib.

Onlara qarşı hansı ittihamın irəli sürüldüyü barədə məlumat verilməyib.

Teqlər: