İranda ərəblərin kompakt yaşadığı Əhvaz şəhərinin Şeyban həbsxanasında saxlanılan 6 ərəb fəal barədə edam cəzası çıxarılıb.
AzerTimes xəbər verir ki, bu barədə etnik ərəblərin Əhvaz İnsan Haqları Təşkilatı məlumat yayıb.
Məlumatda bildirilir ki, siyasi baxışlarına görə məhkumlar saxta ittihamlarla günahlandırılır, onların müdafiəsi üçün vəkil xidmətindən istifadələrinə icazə verilmir.
Qeyd edək ki, Şeyban həbsxanasında saxlanılan daha 6 ərəb fəal 5 ildən 35 ilə kimi həbs cəzalarına məhkum ediliblər.