İranda etirazçılara atəş açıldı, yaralılar var

İranda etirazçılara atəş açıldı, yaralılar var

İranın Sistan-Bəlucistan vilayətinin Xaş şəhərində etirazçılar meriya binasına hücum edib.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, aksiya iştirakçıları hökumətə qarşı şüarlar səsləndiriblər, daha sonra meriyanın binasını daşa tutublar. İddiaya görə, binaya guya atəş də açılıb.

“Etirazçılar bir neçə maşını da yandırıb”, – İran agentliyi qeyd edib.

Hüquq-mühafizə orqanları hadisəyə müdaxilə edib və etirazçılarla toqquşma yaşanıb. Rəsmi məlumata görə, bir neçə etirazçı yaralanıb.

Qeyd edək ki, İranın rəsmi xəbər agentliyi yaymasa da, etirazçılara atəş açıldığı aydın olur. Bunun əsaslandırmaq üçün etirazçıların “binaya atəş açdığı” da uydurulub.

Teqlər: