Xocalı faciəsinin ildönümü ilə eyni vaxtda İsfahanda yaşayan ermənilər Azərbaycan Respublikasına qarşı aksiya keçiriblər.
AzerTimes xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
İsfahanın Vank kilsəsi ətrafına toplaşan ermənilər Qarabağın Azərbaycan Respublikası tərəfindən mühasirəyə alındığını iddia edib və Azərbaycanla Türkiyə əleyhinə şüarlar səsləndiriblər.
Qeyd edək ki, İran növbəti dəfə ermənilərin Azərbaycana qarşı aksiyasına icazə verib. Güneydəki soydaşlarımızın Xocalı ilə bağlı anım tədbirləri isə yasaqlanıb. Yasağa qarşı çıxanlar ağır şəkildə cəzalandırılır.