Xəbər - Elnur Bağışov – Trend:
İranda strateji əhəmiyyət daşıyan sahələrin, o cümlədən əhalinin elektrik enerjisi ilə təmin olunması məqsədilə avqustun 22-dək həftənin cümə axşamı günləri dövlət idarələri və təşkilatların fəaliyyəti dayandırılacaq.
AzerTimes-ın məlumatına görə, bununla əlaqədar İranın Nazirlər Kabineti qərar verib.
Qərarda bildirilir ki, İranda elektrik enerjisi çatışmazlığı kəskin şəkildə artıb.
Qeyd edək ki, hazırda İranın elektrik stansiyaları 54 min meqavat saat elektrik istehsal edə bilir. İyulun 5-də ölkədə elektrik istehlakında rekord qeydə alınıb – bir gündə ölkədə 66,2 min meqavat saat elektrik enerjisi istifadə olunub. Bu isə ötən ilin pik vaxtı ilə müqayisədə 8 min meqavat, ötən ilin analoji günü ilə müqayisədə 10 min meqavat çoxdur.