2023-cü ildə (may ayının 15-ə kimi) İran həbsxanalarında 245 nəfər edam edilib.
AzerTimes xəbər verir ki, bu barədə İnsan Haqları Təşkilatlarının son hesabatında bildirilib.
Hesabatda edam edilənlərin 9-nun siyasi baxışlarına görə həbs edildiyi bildirilib.
Edam edilənlər arasında 5 qadın və 5 xarici vətəndaşın da adı qeyd olunub.
Qeyd edək ki, mayın 16-da İran həbsxanalarında daha 4 məhkum edam edilib.