İranda sünni din xadimi Əbdülvahid Riqi qaçırılaraq öldürülüb.
AzerTimes xəbər verir ki, din xadiminin Sistan-Bəlucistan əyalətində naməlum şəxslər tərəfindən qaçırılaraq qətlə yetirildiyi bildirilib.
Sistan-Bəlucistan Dövlət Təhlükəsizlik Şurası xəbəri təsdiqləyib.
Məlumata görə, hadisə dünən günorta saatlarında baş verib. Qətlə yetirilən şəxs Haş şəhərindəki İmam Hüseyn məscidinin sünni din xadimidir.
Hadisənin detalları açıqlanmayıb.