İranda dəhşətli istilər səbəbindən 2-3 avqust tarixləri qeyri-iş günləri elan olunub.
AzerTimes xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Bahaduri Cəhromi Tvitter səhifəsində yazıb.
O bildirib ki, Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığı üçün Nazirlər Kabinetinə qeyri-iş günlərinin elan olunması ilə əlaqədar təklif ünvanlayıb. Nazirlər Kabineti də təklifi qəbul edib.