İranın gənclər və idman naziri Həmid Səccadinin mobil telefonu
naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
AzerTimes-ın məlumatına görə, bu barədə İran KİV-i məlumat
verib.
Məlumata görə, hadisə 1 may tarixində Tehranda iranlı
kinorejissor, prodüser Nadir Talıbzadənin dəfn mərasimində baş
verib.
Hələlik İranın İdman və Gənclər Nazirliyi bu hadisəyə münasibət
bildirməyib.