İranda daha iki jurnalist azadlıqdan məhrum edildi

İranda daha iki jurnalist azadlıqdan məhrum edildi

İranda peşə fəaliyyətlərinə görə daha iki jurnalistə həbs cəzası verilib.

AzerTimes xəbər verir ki, bu barədə məhkum edilən yazıçı və jurnalistlərdən biri – Səidə Şəfii sosial media kanalında məlumat yayıb.

O özü və Nəsim Sultanbeygiyə qarşı “hökumət əleyhinə təbliğat”, “toplaşmaq və əlbir olmaq” ittihamlarının irəli sürüldüyünü yazıb.

Hər iki jurnalistə ayrı-ayrılıqda 4 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 100-ə yaxın jurnalist həbs edilib. Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Şərq” qəzetinin əməkdaşlarının da adı var.

Teqlər: