İranın Kirman əyalətində polislə bir qrup silahlı şəxs arasında atışma baş verib.
AzerTimes xəbər verir ki, məlumatı İRNA agentliyi yayıb.
Atışma nəticəsində polis polkovnik-leytenantı Əli Bərzqərpur öldürülüb.
Əməliyyat zamanı narkotik ticarəti ilə məşğul olan qrupun 6 üzvü zərərsizləşdirilib. Hadisə yerindən 697 kq narkotik maddə aşkarlanıb.
Qeyd edək ki, son həftələrdə İran ərazisində yüksəkrütbəli hərbçilərin məlum və naməlum səbəblərdən öldüyünə dair məlumatlar yayılır.