İran məhkəməsi fevralın 20-də islahatçılara yaxınlığı ilə tanınan “Sazəndegi” qəzetinin fəaliyyətinin qadağan edilməsi ilə bağlı qərar verib.
AzerTimes xəbər verir ki, qəzetə qarşı “ictimai rəyi təhrik etmək və çaşdırmaq” ittihamı irəli sürülüb.
Qeyd edək ki, bundan əvvəl qəzet İran parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf tərəfindən məhkəməyə verilmişdi.